Futzal üzrə dünya çempionatında yığmamızla eyni qrupda yer alan Mərakeş millisinin mundiala yollanacaq heyəti müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Afrika çempionu 14 nəfərlik iştirak ərizəsini FİFA-ya təqdim edib.
Baş məşqçi Hişam Dqiq aşağıdakı futzalçılara dəvət göndərib:
Qapıçılar: 1. Rabbi Zaari, 12. Reda Xiyari
Sahə oyunçuları: 2. Aşraf Saud, 3. Mohamed Juad, 4. Xalid Kuri, 5. Yussef El Mazray, 6. Sufian Borite, 7. Yuness El Asas, 8. Adil Habil, 9. Zakaria Kauri, 10. Sufian El Mesrar, 11. Bilal Bakkali, 13. Suleyman Amqar, 14. Abdelatif Fati.
Qeyd edək ki, Mərakeş yığması mundialda ilk oyununu sentyabrın 12-də millimizə qarşı keçirəcək.