Topaz Premyer Liqasında XXVII turun oyunları üçün hakim təyinatları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həftənin bütün görüşləri eyni gündə baş tutacaq.
Turun mərkəzi oyunu hesab olunan – “Sumqayıt” – “Qəbələ” qarşılaşmasını FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın ehtiyat hakimi İnqilab Məmmədov olacaq.
“Keşlə” – “Qarabağ” matçı isə debütanta tapşırılıb. Rəşad Əhmədov ilk dəfə yüksək liqada oyun idarə edəcək.
Digər oyunlarda aşağıdakı hakimlər iş başında olacaqlar.
Topaz Premyer Liqası
XXVII tur
12 may (şənbə)
19:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
“Kapital Bank Arena”
17:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
“İnter Arena”
19:00. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
“Dalğa Arena”
19:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu