[b]Mərkəzi oyun Yusifova tapşırıldı, Diniyev kənarda qaldı[/b]
02.02.2017 - 17:20
[b]Mərkəzi oyun Yusifova tapşırıldı, Diniyev kənarda qaldı[/b]

Premyer Liqada XVI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah start götürəcək turun “Qəbələ” və “Neftçi” arasında mərkəzi oyunu Fariz Yusifova tapşırılıb.

 

“Neftçi”nin “Qarabağ”la ötən turdakı oyununda kobud səhvlə nəticəyə təsir edən Ramil Diniyev isə bu dəfə təyinat almayıb.

 

FİFA referiləri isə bu dəfə baş hakim kimi meydana çıxmayacaq. Əliyar Ağayevlə Rəhim Həsənov əlavə köməkçi hakim olacaqsa, Ömər Paşayev istirahət edəcək.

 

Premyer Liqa

XVI tur

3 fevral (cümə)

15:00. AZAL – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
“AZAL Arena”


17:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu


4 fevral (şənbə) 

14:00. “Zirə" – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu


16:30. “Sumqayıt” – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. Şəhər stadionu