[b]Məşhur argentinalı futbola döndü[/b]
04.02.2017 - 12:50
[b]Məşhur argentinalı futbola döndü[/b]

Argentinanın əfsanəvi futbolçularından hesab edilən Pablo Aymar futbola dönmək qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi sevimli komandası "Estudiantes Rio Kuarto"ya qayıdıb.

 

2015-ci ildə "River Pleyt"in heyətində karyerasını bitirən Aymarı 2 ildən sonra futbola qayıtmağa "Estudiantes Rio Kuarto"nun düşdüyü çətin durum məcbur edib. Belə ki, Aymar Torneo Federal B liqasında mübarizə aparan ilk komandasına kömək etmək qərarına gəlib.

 

Qeyd edək ki, 1985-1993-cü illərdə "Estudiantes Rio Kuarto"nun yetişdirdiyi Pablo Aymar Argentina millisinin heyətində 52 oyun keçirib, 8 qola imza atıb.