[b]Məşhur məşqçi ürəyindən narahatdı[/b]
29.10.2016 - 16:27
[b]Məşhur məşqçi ürəyindən narahatdı[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, yayda “Yuventus”u “zadəganlar”a dəyişən 47 yaşlı mütəxəssis Premyer Liqadakı tempə ayaq uydurmaqda çətinlik çəkdiyini bildirib.

 

İtaliyalı çalışdırıcı hətta yüksək tempə görə ürək ağrıları yaşadığını da etiraf edib: “Keçirdiyimiz oyunlarda həyəcan çox yüksək olur. Bəzən ürəyimə görə narahatlıq keçirirəm. Fiziki formamı qorumaq üçün özüm üçün məşq proqramı hazırlamağa çalışıram. Bilirəm ki, bir az risk edirəm, amma oyun zamanı ürək ritmimi izləmək üçün GPS sistemindən istifadə etməyi düşünürəm”.

 

Qeyd edək ki, “Çelsi” ilk 9 turdan sonra Premyer Liqada 19 xalla 4-cü pillədə qərarlaşıb.