[b]Məsimovun komandası “Spartak”a uduzdu[/b]
14.08.2017 - 10:05
Azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi “Fakel” klubu Rusiyanın I divizionunda növbəti oyunu keçirib. Apasport.az saytı xəbər verir ki, Voronej təmsilçisi VIII tur çərçivəsində öz meydanında “Spartak-2” ilə qarşılaşıb.
Oyun ev sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib.
Məsimovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, 8 turdan sonra 5 xal toplayan “Fakel” turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
0
0