[b]Məsimovun komandasından sensasiya[/b]
29.07.2016 - 09:30
[b]Məsimovun komandasından sensasiya[/b]

Avropa Liqasında III təsnifat mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmalar çərçivəsində 29 matç baş tutub.

 

Azərbaycan təmsilçisi “Qəbələ”nin Fransada “Lill”lə heç-heçə (1:1) etdiyi günün sensasiyası Sloveniyada qeydə alınıb. Yığmamızın futbolçusu Samir Məsimovun şərəfini qoruduğu “Domjale” İngiltərənin “Vest Hem” klubunu məğlub edib – 2:1.

 

Təmsilçimiz bu qarşılaşmada meydana çıxmayıb. Onun adı matçın protokoluna da daxil edilməyib.

 

Trnava “Spartak”ı isə Avstriyada sensasiyaya imza atıb. Slovakiyalılar 1:0 hesabı ilə qələbə qazanıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

28 iyul

AEK (Kipr) – “Spartak” (Moskva, Rusiya) - 1:1

Alveş, 65 - Ananidze, 38

“Aleksandriya” (Ukrayna) – “Hayduk” (Xorvatiya) - 0:3

Kosiç, 53, Erceq, 82, Ohandza, 90

“Herakles” (Hollandiya) – “Arouka” (Portuqaliya) - 1:1

Qladon, 53 - Qeqe, 90+1

“Austriya” (Avstriya) – “Spartak” (Slovakiya) - 0:1

Tambe, 46

“Höteborq” (İsveç) – HİK (Finalndiya) - 1:2

Salomonsson, 73 - Tanaka, 47, Morelos, 75

“Yelqava” (Latviya) – “Beytar” (İsrail) - 1:1

Smirnovs, 70 - Vered, 25

“Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan) - 1:1

Mendeş, 46 - Vernidub, 12

“Lokomotiv” (Xorvatiya) – “Vorskla” (Ukrayna) - 0:0

“Slaviya” (Çexiya) – “Rio Ave” (Portuqaliya) - 0:0

“Zaqlebiye” (Polşa) – “Sonderyuske” (Danimarka) - 1:2

Yanoszka, 45+2 - Kroon, 19, Dal Hende, 36

“Torpedo” (Belarus) – “Rapid” (Avstriya) - 0:0

“Başakşehir” (Türkiyə) – “Riyeka” (Xorvatiya) - 0:0

“Birkirkara” (Malta) – “Krasnodar” (Rusiya) - 0:3

Qrankvist, 45+1, Smolov, 75-p., Laborde, 89

“Qrasshoppers” (İsveçrə) – "Apollon" (Kipr) - 2:1

Tabakoviç, 11, Lavançi, 90+3 - Qneki, 76

"Lusern" (İsveçrə) – "Sassuolo" (İtaliya) - 1:1

Şneuvli, 8, Berardi, 42-p.

"Genk" (Belçika) – “Kork Siti” (İrlandiya) - 1:0

Bailey, 31

“Osmanlıspor” (Türkiyə) – "Nomme Kalyu" (Estoniya) - 1:0

Pinto, 74

"Panatinaikos" (Yunanıstan) - AİK (İsveç) - 1:0

Moledo, 79

"Panduri" (Rumıniya) – “Makkabi” (Təl-Əviv, İsrail) - 1:3

Herea, 30 - Ben Haim, 7, İqiebor, 49, Miça, 77

“Şkendiya” (Makedoniya) – "Mlada Boleslav" (Çexiya) - 2:0

Junior, 69, Hasani, 75

“Voyvodina” (Serbiya) – “Dinamo” (Belarus) - 1:1

Babiç, 29 - Bıkov, 83

"Herta" (Almaniya) – “Brondbü” (Danimarka) - 1:0

İbişeviç, 28

"Gent" (Belçika) – "Vitorul" (Rumıniya) - 5:0

Mitroviç, 16, Kolibali, 37, 50, Depoitre, 56, Neto, 66

“Videoton” (Macarıstan) – "Mitdyulland" (Danimarka) - 0:1

Novak, 55

“Aberdin” (Şotlandiya) – "Maribor" (Sloveniya) - 1:1

Hayes, 88 - Novakoviç, 83

“Alkmaar" (Hollandiya) – “Yannina” (Yunanıstan) - 1:0

Lukassen, 36

“Domjale” (Sloveniya) - "Vest Hem" (İngiltərə) - 2:1

Krniç, 11-p., Krniç, 49 - Noble, 18-p.

"Sent-Etyen" (Fransa) – AEK (Yunanıstan) - 0:0

“Admira” (Avstriya) - "Slovan" (Çexiya) - 1:2

Knasmulner, 7 - Vuç, 11, 69

0