“Barselona”nın üç futbolçusu artıq 100-dən çox qol vurmağı bacarıb. Apasport. az saytının məlumatına görə, cari mövsümdə hücumun əsas “üçlüy”ü Messi, Neymar və Suares birlikdə 102 dəfə çərçivəni dəqiq nişan alıb.
Kataloniya klubunun son çempionat oyununda “Xetafe”ni darmadağın etməsinin ardından göstərici bu həddə çatıb. İndi Messinin 49, Neymarın 32, Suaresin isə aktivində 21 qol var.
Bundan əlavə, argentinalı ulduz 49 matça 27 məhsuldar ötürmə il yadda qalıb. Neymar bu göstərici 9 olduğu halda, Suaresdə 16-dı.
Məhz belə möhtəşəm gedişat “Barselona”nı İspaniya La Liqasının zirvəsində saxlayıb. Həmçinin, Çempionlar Liqasının yarımfinalına, eləcə də, ölkə kubokunun finalına gətirib çıxarıb.