[b]Messi nə vaxt qayıdacaq?[/b]
22.09.2016 - 12:05
[b]Messi nə vaxt qayıdacaq?[/b]

İspaniya çempionatının V turunda “Atletiko”ya qalib gələ bilməyən (1:1) “Barselona”nın futbolçusu Lionel Messi sıradan çıxıb. Apasport.az saytı xəbər verir ki, argentinalı oyunçu əzələsindən zədələnib.

 

Məhz bu səbəbdən Messi ikinci hissədə Arda Turanla əvəzlənib. İlkin tibbi müayinəyə görə, 29 yaşlı hücumçunun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

 

Qeyd edək ki, 5 turdan sonra 10 xal toplayan “Barselona” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.