[b]Messi neçə het-trik edib?[/b]
04.03.2016 - 10:22
[b]Messi neçə het-trik edib?[/b]

Lionel Messi ilə Kriştianu Ronaldo arasında qol yarışı davam edir. Apasport.az saytının məlumatına görə, dünən İspaniya La Liqasının XXVII turu çərçivəsində “Rayo Valyekano” ilə görüşdə het-trik edən “Barselona”nın lideri bu baxımdan əsas rəqibinə çatıb.

 

“Barsa”nın 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada 3 qol vuran Messi karyerasındakı het-triklərin sayını 35-ə çatdırıb. Bu baxımdan o, “Real”ın qoleadoru Kriştianu Ronaldoya məxsus rekordu təkrarlayıb. Bununla, Messi cari mövsümdə vurduğu qolların sayını 33-ə çatdırıb. Ronaldonun aktivində isə 35 qol var.

 

Qeyd edək ki, 27 turdan sonra “Barselona” 69 xalla La Liqaya başçılıq edir. Kataloniya klubu ən yaxın izləyiciləri olan “Atletiko”nu 8, “Real”ı isə 12 xal qabaqlayır.