“Barselona” paralimpiyaçı futbolçulardan ibarət İspaniya yığması ilə xeyriyyə matçı keçirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmanın təşkilatçısı Kataloniya klubunun xeyriyyə fondu və hücumçu Lionel Messi olub.
5-5-ə keçirilən görüşdə “Barsa”nın heyətində Lionel Messi, Serxio Buskets, İvan Rakitiç, Serxi Roberto və Xordi Masip yer alıblar. Rəqibin oyunçuları gözdən əlil olduqlarından, “Barsa”lılar da gözləri bağlı şəkildə xüsusi topla çıxış ediblər. 1:1 hesabı ilə başa çatan oyunda hər iki qol penaltidən vurulub. “Barsa”nın heyətində Messi fərqlənib.
Qeyd edək ki, bu görüş Braziliyanın Rio-de-Janeyro şəhərindəki start verilən XV Paralimpiya Oyunları öncəsi İspaniya yığmasına dəstək xarakteri daşıyır.