[b]Messi yeni müqaviləyə tələsmir[/b]
09.06.2016 - 09:36
[b]Messi yeni müqaviləyə tələsmir[/b]

“Barselona” rəhbərliyi Lionel Messini komandada saxlamaq üçün dəridən-qabıqdan çıxır. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi ulduz futbolçuya yeni müqavilə də təklif edib.

 

İspaniya çempionu hazırda 2018-ci ilə qədər anlaşması olan Messinin müqavilə müddətini 2021-ci ilə qədər uzatmaq niyyətindədi. Bu isə o deməkdi ki, argentinalı oyunçu razılıq versə, 34 yaşına qədər “Barsa”ya məxsus olacaq.

 

Lakin Messi yeni müqavilə bağlamağa tələsmir. Hazırda Argentina millisinin heyətində Amerika Kubokunda iştirak edən 29 yaşlı oyunçu bütün diqqətini çempionluğa yönəltdiyini bildirib. “Tanqoçu” yalnız klubun düşərgəsinə qayıtdığı zaman bu məsələ ilə bağlı danışıq aparacağını söyləyib.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2004-cü ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinir.