Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, futbolçu buna “Barselona”da deyil, yığmada nail olub.
Amerika Kuboku-2016-nın yarımfinal mərhələsində ABŞ üzərində (4:0) qələbənin memarlarından olan Leo rəqib qapıçısını 1 dəfə məyus edərək yığmadakı qollarının sayını 55-ə çatdırıb. Bununla, 29 yaşlı ulduz futbolçu yığmanın ən çox qol vuran futbolçusu ünvanını ələ keçirib. Ona qədər rekord 54 qolun müəllifi olmuş Qabriel Batistutaya məxsus idi.
Qarşılaşmadan sonra fikirlərini bildirən Argentina yığmasının kapitanı rekorda görə komanda yoldaşlarına təşəkkür edib: “Turnirin ilk günündən çox yaxşı çalışırıq və finala vəsiqə qazanmağa layiq idik. Rekorda görə çox sevinirəm və buna görə birlikdə çıxış etdiyim bütün oyunçulara minnətdaram. Bu rekorda onların hər biri layiqdi”.
Qeyd edək ki, Lionel Messi Argentina millisində 112 oyun keçirib.