[b]Messini Ozobiçlə Əliyevdən fərqləndirən məqam[/b]
03.03.2017 - 13:03
[b]Messini Ozobiçlə Əliyevdən fərqləndirən məqam[/b]

“Böyük beşlik” ölkələrində çıxış edən futbolçular arasında 2017-ci ilin ən məhsuldarları açıqlanıb. Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messi bu ilin arxada qalan hissəsində 13 qola imza atıb.

 

Bu, onun bütün yarışlarda keçirdiyi oyunlara aiddi. İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn isə 2017-ci ildə vurduğu qolların sayını 12-yə çatdırıb.

 

Azərbaycan Premyer Liqasında çıxış edən oyunçuların il ərzində vurduğu qol sayı da maraq doğurur. Amma təmsilçilərimizi “Böyük beşlik” qolçuları ilə müqayisəsi heç alınmır. Çünki fərq çox böyükdü.

 

Təsəvvür edin ki, 2 aydan artıq müddətdə ən yaxşı bombardirlərimiz 4 dəfə fərqlənib. Bunlar Filip Ozobiçıə Rauf Əliyevdi. Sonuncu “İnter”, xorvatiyalı isə “Qəbələ”nin heyətində 4 dəfə rəqib qapılarına yol tapıb. 3-cü yerə şərik olanlar isə hərəyə 2 dəfə fərqlənməyi bacarıb.