Argentina millisinin və İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messinin məhkəməsi keçirilib. Apasport.az saytının məlumatına görə, futbolçu vergidən yayınma məsələsi ilə bağlı Kataloniya məhkəməsi qarşısında cavab verib.
Arası ilə birlikdə istintaqa cəlb olunan cənubi amerikalı 4,2 milyon avro vergini ödəməməkdə ittiham olunur. Mayın 31-də start götürən məhkəmə prosesi zaman Messi bildirib ki, maliyyə işlərinə nəzarət etmir: “Mən futbolla məşğulam. Heç nədən də xəbərim yoxdu. Bütün işlərlə atam və vəkilim məşğuldu ki, onlara da tam güvənirəm”.
Lionelin dediklərini təsdiqləyən Xorxe Horasio Messi bütün məsuliyyəti üzərinə götürüb. Prokuror isə futbolçunun bütün bu fırıldaqlardan xəbərsiz olmasının mümkünsüzlüyünü qeyd edib.
Məhkəmə araşdırmalarla bağlı yekun qərarını gələn həftə açıqlayacaq. Futbolçunun həbs olunmasını tələb edənlər onun qanunlara uyğun şəkildə 22 ay azadlıqdan məhrum edilməsini istəyir.
Lioneli məyus edən ittihamlar olmayıb. Belə ki, “Barselona” fanatlarının sevimlisi məhkəmə zalının qarşısında toplaşan kataloniyalıların kəskin etirazına üzülüb. Onlar “Oğru Messi”, “Get Panama formasını geyin” sədalarını səsləndirməsi futbolçunu pərişan edib.