[b]Məsut Özil Türkiyə gözəlinə 200 minlik üzük aldı[/b]
03.05.2017 - 15:07
[b]Məsut Özil Türkiyə gözəlinə 200 minlik üzük aldı[/b]

Almaniya yığmasının və “Arsenal” klubunun futbolçusu Məsut Özil ailə həyatı qurmağa hazırlaşır. Apasport.az saytı “Fanatik” qəzetinə istinadən xəbər verir ki, türk əsilli yarımmüdafiəçi bu məsələdə ilk addımını atıb.

 

Belə ki, Özil sevgilisi Əminə Gülşəyə evlilik təklifi edib. O, 2014-cü ildə Türkiyənin ən gözəl xanımı seçilmiş modelə 200 min lirə (96 min 600 manat) dəyərində üzük alıb.

 

29 yaşlı Məsutun bu addımı özündən 5 yaş kiçik olan Əminə tərəfindən sevinclə qarşılanıb. Gülşə ulduz futbolçunun təklifinə “hə” cavabı verib. Özil sevgilisinə, həmçinin 1000 ədəd qızılgül göndərib.

 

Cütlüyün toy tarixi hələ müəyyənləşməyib.

 

Qeyd edək ki, aktrisalıqla da məşğul olan Əminə Gülşə hazırda seriallara çəkilir.