[b]Milli oyunçu üçün yeni prezident[/b]
24.12.2016 - 21:22
[b]Milli oyunçu üçün yeni prezident[/b]

Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor”da növbədənkənar konfrans keçirilib. Apasport.az saytının məlumatın görə, tədbirdə idarə heyətinin üzvləri Ahmet Yıldızı prezident seçiblər.

 

Bir müddət əvvəl istefa verən keçmiş prezident Rəcəp Mamur və komandası isə tədbirdə iştirak etməyib.

 

Qeyd edək ki, milli komandamızın oyunçusu Ufuk Budak da bu komandanın şərəfini qoruyur.