[b]Milli oyunçunun La Liqa xəyalları “suya düşdü”[/b]
13.06.2016 - 00:19
İspaniyada Primeroya vəsiqə uğrunda pley-off matçları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kordoba” “Jirona” ilə qarşılaşıb.
Milli oyunçunun komandası səfərdə 2:1 hesabıyla məğlub etdiyi rəqibinə öz meydanında eyni hesabla uduzub.
Matça əlavə olunmuş dəqiqələrdə daha bir qol vuran "Jirona" növbəti mərhələyə adlayıb.
Eddi oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Jirona” La Liqaya vəsiqə uğrunda iyunun 15-də və 18-də “Osasuna” ilə qarşılaşacaq.
0
0