[b]Milli oyunçunun şikayəti ilə keçmiş klubu cəzalanacaq[/b]
25.12.2016 - 00:46
Milli komandamızın üzvü Emin Mahmudovun keçmiş klubu “Mordoviya” çətinliklə üz-üzədir. Apasport.az saytının məlumatına görə, buna səbəb Rusiya Futbol Federasiyasının (RFF) kluba cərimə tətbiq etməsidir.
Belə ki, Emin “Mordoviya”da icarə əsasında çıxış edərkən klubun ona borcu qalıb. Bir neçə dəfə xəbərdarlığa baxmayaraq borc ödənmədiyi üçün Mahmudov federasiyaya müraciət edib.
Federasiya isə öz növbəsində hazırda birinci divizionda çıxış edən kluba qarşı sanksiya tətbiq edib.
Qeyd edək ki, “Mordoviya”nın Emin də daxil olmaqla 8 futbolçuya borcu var.
0
0