[b]Milli üzvləri oynamadı, “Boavişta” xal itirdi[/b]
05.02.2017 - 00:04
“Boavişta” Portuqaliya çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, XX tur çərçivəsində baş tutan oyunda rəqib “Şaviş” olub.
Görüş qolsuz bərabərliklə başa çatıb. Azərbaycan millisinin oyunçularından qapıçı Kamran Ağayev cəza səbəbindən meydana çıxmayıb. Emin Mahmudov isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 25-ə yüksəldən "Boavişta" 10-cu pillədə qalıb. 28 xala malik "Şaviş" isə 6-cıdır.
0
0