Almaniya II Bundesliqasında XX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu bu həftə doğma meydanda “Frankfurt”u sınağa çəkib.
Matça ehtiyat heyətdə başlayan yığma üzvü 57-ci dəqiqədə meydana daxil olub. 33 dəqiqə meydanda qalan Nazarov ciddi heç nə ilə yadda qalmayıb.
Qarşılaşmada isə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1.
Qeyd edək ki, bu heç-heçədən sonra xalını 26-a yüksəldən "Karlsrue" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO