[b]Milli üzvü oynadı, komandası məğlub oldu[/b]
28.02.2016 - 14:04
[b]Milli üzvü oynadı, komandası məğlub oldu[/b]

İspaniya Sequndasında 27-ci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kordoba” da növbəti matçına çıxıb.

 

Sözügedən komanda öz meydanında "Osasuna" ilə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan İsrafilov sona qədər mübarizə aparıb və. matç ərzində ciddi heç nə ilə yadda qalmayıb.


Qeyd edək ki, Kordoba” 43 xalla 5-ci pillədə qərarlaşıb.