Portuqaliya Premyer Liqasında XVII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri – Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” səfərdə “Benfika”nın qonağı olub.
Oyuna fəal başlayan “damalılar” ilk hissədə 3:0 hesabı ilə önə keçiblər. İkinci hissədə özünə gələn lider hesabı bərabərləşdirməyə nail olsa da, bundan artığına gücü çatmayıb.
Kamran oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. Qapıçı 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Emin isə meydana 89-cu dəqiqədə daxil olub.
Qeyd edək ki, geridə qalan 17 oyundan sonra hesabında 21 xal olan “Boavişta” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.