[b]Milli üzvü “fərqləndi”, komandası məğlub oldu[/b]
04.02.2017 - 19:31
Bu gün Almaniya II Bundesliqasında növbəti XIX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçına çıxıb.
Səfərdə “Sandhauzen”lə qarşılaşan “bənövşəyilər” 0:2 hesablı məğlubiyyətə üzülüblər.
Milli üzvü start heyətində başladığı matçı əvəzedilmədən keçirib. O, 36-cı dəqiqədə “fərqlənməyə” də imkan tapıb. Nazarov sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 19 oyundan sonra aktivində 16 xal olan “Aue” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
0
0