[b]Milli üzvü “fərqləndi”, komandası məğlub oldu[/b]
17.09.2016 - 20:48
[b]Milli üzvü “fərqləndi”, komandası məğlub oldu[/b]

Futbol üzrə Ukrayna çempionatında 8-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, həftənin açılış oyununda Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" “Olimpik”i qəbul edib.

 

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:2.

 

Paşayev donetsklilərlə oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Qeyd edək ki, milli üzvünün komandası 8 turdan sonra 6 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.