[b]Milli üzvü Almaniyada klubunu dəyişdi[/b]
09.06.2016 - 19:23
[b]Milli üzvü Almaniyada klubunu dəyişdi[/b]

Azərbaycan yığmasının hücumçusu Tuğrul Erat klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, Almaniya regional liqasında çıxış edən “Fortuna” (Düsseldorf) ilə müqaviləsi başa çatan Erat 3-cü bundesliqa təmsilçisi "Duysburq"la anlaşıb.

 

Bu barədə xəbəri klubun saytı yayıb. Müqavilyə əsasən, 23 yaşlı futbolçu qarşıdakı 2 il ərzində "zebralar"ın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, "Duysburq" son mövsümdə 2-ci Bundesliqadan aşağı liqaya düşüb.