[b]Milli üzvü baxdı, komandası qola həsrət qaldı[/b]
22.07.2017 - 20:02
Ukrayna Premyer Liqasında II tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Pavel Paşayevin yeni komandası “Aleksandriya”da növbəti matçını keçirib.
İlk turda “Olimpik”ə 0:2 hesabı ilə məğlub olan komanda bu dəfə də qələbə üzünə həsrət qalıb. Kirovoqradlılar səfərdə “Veres”lə qarşılaşıblar. Matçda hesab açılmayıb.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Paşayev 90 dəqiqə ərzində meydana daxil ola bilməyib.
Qeyd edək ki, iki turdan sonra cəmi 1 xalı olan “Aleksandriya” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0