[b]Milli üzvü də komandasına kömək edə bilmədi[/b]
11.02.2017 - 00:00
Almaniya II Bundesliqasında XX tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” evdə “Qroyter Furz”la qarşılaşıb.
Oyun qolsuz bərabərliklə nəticələnib. Nazarov qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 20 oyundan sonra hesabında 17 xal olan “Aue” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
0
0