[b]Milli üzvü ehtiyatda qaldı, komandası xal itirdi[/b]
16.04.2017 - 15:26
İspaniya Sequndasında XXXIV tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadiz” də növbəti oyununa çıxıb.
“Sarılar” səfərdə “Hueska” ilə üz-üzə gəliblər. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Matça start heyətində başlayan Eddi sona qədər oyuna daxil ola bilməyib.
Qeyd edək ki, 34 oyundan sonra aktivində 53 xal olan “Kadiz” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0