[b]Milli üzvü əvəz olundu, komandası məğlubiyyətdən qaçdı[/b]
06.07.2017 - 00:34
Mövsümlərarası hazırlıqları davam etdirən bəzi klublar güclərini yoxlama oyununda sınayırlar. Apasport.az saytının məlumatına görə, “Jilina” da növbəti hazırlıq matçına çıxıb.
Milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi Slovakiya klubu Çexiya təmsilçisi “Siqma” ilə üz-üzə gəlib. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
Matça start heyətində başlayan Şeydayev ilk hissənin sonunda əvəzlənib. “Jilina” məhz Ramil çıxdıqdan sonra hesabı bərabərləşdirə bilib.
0
0