[b]Milli üzvü izlədi, komandası bir xal qazandı[/b]
09.04.2017 - 00:04
İspaniya Sequndasında XXXIII tur davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” evdə “Luqo” ilə üz-üzə gəlib.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
İsrafilov oyuna ehtiyat oyunçular skamyasından başlayıb və sonadək orda qalıb.
Qeyd edək ki, 33 oyundan sonra hesabında 52 xal olan “Kadis” 4-cü pillədə qərarlaşıb.
0
0