[b]Milli üzvü izlədi, komandası darmadağına sevindi[/b]
21.11.2016 - 00:46
[b]Milli üzvü izlədi, komandası darmadağına sevindi[/b]

İspaniya Sequndasında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Alkorkon”la qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Milli üzvü darmadağını ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, 15 oyundan sonra aktivində 21 xal olan “Kadis” 8-ci pillədə qərarlaşıb.