[b]Milli üzvü izlədi, komandası uduzdu[/b]
19.04.2017 - 23:04
Futbol üzrə Portuqaliya Sequndasında 37-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
“Zolaqlılar” səfərdə "Penafiel"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Matça ehtiyat oyunçular skamyasında başlayan Nəsirov sonadək ordan izləyib.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 50 xalla 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.
0
0