[b]Milli üzvü oynadı, komandası darmadağın oldu[/b]
24.11.2016 - 00:15
Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Vitali Borisovun şərəfini qoruduğu “Ekonomaç” da ilk oyununu keçirib.
C qrupunda mübarizə aparan Serbiya təmsilçisi səfərdə “Brezye Mariborla” qarşılaşıb. Görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Vitali matça ilk 5-də başlayıb və oyunun 29-cu dəqiqəsində fərqlənib. Ancaq onun vurduğu qol da darmadağına əngəl ola bilməyib.
0
0