[b]Milli üzvü oynadı, komandası kubokla vidalaşdı[/b]
08.03.2017 - 22:57
Slovakiya kubokunda 1/4 final mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Skaliça” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə “Jilina” kubokdakı çıxışını başa vurub.
Ramil isə bu oyunda 45 dəqiqə meydanda olub. O, komandası 1:2 hesabı ilə uduzarkən ikinci hissə başlayan kimi meydana girsə də, məğlubiyyətə əngəl ola bilməyib.
0
0