[b]Milli üzvü oynadı, komandası yenə uduzdu[/b]
10.08.2017 - 00:02
[b]Milli üzvü oynadı, komandası yenə uduzdu[/b]

Almaniya II Bundesliqasında birinci turdan təxirə salınmış bir oyun baş tutub. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun komandası “Erzgebirge” səfərdə “Haydenhaym”la qarşılaşıb.

 

Güclü yağış səbəbindən oynanılması imkansız olan qarşılaşma qaldığı yerdən davam edib. Matç auelilərin məğlubiyyəti ilə yekunlaşıb. “Bənövşəyililər” 1:2 hesablı yenilgiyə üzülüblər.

 

Matça start heyətində başlayan Dmitri 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, iki oyundan sonra aktivində xal olmayan “Erzgebirge” turnir cədvəlinin zirzəmisində qərarlaşıb.