[b]Milli üzvü oynadı, komandasından 3 cavabsız qol[/b]
06.03.2017 - 01:33
Ukrayna Premyer Liqasında XX turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” evdə “Zirka” ilə qarşılaşıb.
Paşayevin start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 3:0 hesabıyla Kamiensk təmsilçisinin xeyrinə başa çatıb.
Qeyd edək ki, 20 oyundan sonra hesabında 18 xal olan “Stal” 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.
0
0