[b]Milli üzvü oynamadı, komandası La Liqa yolunda[/b]
16.06.2017 - 01:43
[b]Milli üzvü oynamadı, komandası La Liqa yolunda[/b]

İspaniya La Liqasına çıxmaq üçün keçirilən daha bir pley-off matçı baş tutub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” “Tenerife” ilə qarşılaşıb.

 

Matç “sarılar”ın minimalhesablı qalibiyyəti ilə başa çatıb. Eddinin adı oyunun iştirak ərizəsinə salınmayıb.

 

Tərəflər arasında cavab oyunu iyunun 18-də keçiriləcək. 

 

Qeyd edək ki, pley-off mərhələsinin digər cütündə "Hueska" doğma meydanda "Xetafe" ilə bərabərə qalmışdı (2:2).