[b]Milli üzvü oynamadı, komandası uduzdu[/b]
02.10.2016 - 14:59
[b]Milli üzvü oynamadı, komandası uduzdu[/b]

Futbol üzrə Ukrayna çempionatında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Pavel Paşayevin çıxış etdiyi "Stal" da növbəti matçına çıxıb.

 

Sözügedən klub doğma meydanda "Çernomorets"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.

 

Paşayevin adı bu görüşün iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Stal" 10 turdan sonra 7 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.