[b]Milli üzvü Premyer Liqada növbəti məğlubiyyətini aldı[/b]
20.11.2016 - 00:15
Ukrayna Premyer Liqasında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” “Dinamo” ilə qarşılaşıb.
Paşayevin 90 dəqiqə meydanda olduğu oyunda, Kamenski təmilçisi 1:2 hesablı məğlubiyyətə üzülüb.
Qeyd edək ki, hesabında 14 xal olan “Stal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
0
0