[b]Milli üzvü üçün 69 dəqiqə, məhsuldar ötürmə və “sarı”[/b]
09.04.2017 - 19:31
[b]Milli üzvü üçün 69 dəqiqə, məhsuldar ötürmə və “sarı”[/b]

Slovakiya Fortuna Liqasında XXIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti matçına çıxıb.

 

“Yaşıllar” səfərdə “Trnava” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Ramil 69-cu dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunda məhsuldar ötürmənin müəllifi olub və oyunun 50-ci dəqiqəsində “fərqlənib”. Kobudluğu Şeydayevə sarı vərəqə hesabına başa gəlib.

 

Qeyd edək ki, 24 oyundan sonra aktivində 58 xal olan ən yaxın rəqibini 10 xal qabaqlayan “Jilina” turnir cədvəlinin lideridi.