[b]Milli üzvü üçün 7 dəqiqə[/b]
22.05.2016 - 00:30
[b]Milli üzvü üçün 7 dəqiqə[/b]

İspaniya Sequndasında 39-cu tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" evdə "Elçe" ilə qarşılaşıb.

 

Eddinin 83-cü dəqiqədə meydana çıxdığı oyun "Kordoba"nın 3:1 hesablı qələbəsiylə nəticələnib.

 

Hazırda hesabında 58 xal olan "Kordoba" 9-cu pillədə qərarlaşıb.