[b]Milli üzvü üçün mövsüm bitdi[/b]
14.04.2017 - 19:53
[b]Milli üzvü üçün mövsüm bitdi[/b]

"Mançester Yunayted" ciddi itki ilə üzləşib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Xuan Mata sıradan çıxıb.

 

Bunu komandanın baş məşqçisi Joze Mourinyo deyib. Portuqaliyalı mütəxəssis İspaniya millisinin üzvünün mövsümü qapadığını söyləyib: "Mata mayın sonlarına qədər komandadan ayrı qalacaq. Bu isə o deməkdi ki, mövsüm onun üçün başa çatıb. O ki qaldı Kris Smollinq və Fil Consa, onlar gələn ayın ortalarında komandaya qoşulacaqlar".

 

Qeyd edək ki, Xuan Mata cari mövsüm Premyer Liqada meydana çıxdığı 22 oyunda 6 qola imza atıb.