[b]Milli üzvü yeni klubunda 2 oyun keçirdi[/b]
03.07.2016 - 20:36
[b]Milli üzvü yeni klubunda 2 oyun keçirdi[/b]

Milli komandamızın futbolçusu Pavlo Paşayev yeni klubu “Stal”da iki oyun keçirib. Apasport.az saytının məlumatına görə, Dneproderjinski təmsilçisi gələn mövsüm üçün hazırlıq keçdiyi Avstriyada ardıcıl iki yoxlama oyununda qüvvəsini sınayıb.

 

İlk rəqib Macarıstanın “Xaladaş” klubu olub. İyunun 29-da keçirilmiş görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Milli üzvü bu oyunda start heyətində meydana çıxıb və görüşü əvəzedilmədən keçirib.

 

Bu gün isə kamensklilər növbəti hazırlıq oyunu keçiriblər. Rəqib isə Sloveniya “Krşko”su olub. Ötən matçdan fərqli olaraq bu qarşılaşmada hesab açılmayıb. “Qəbələ”dən ayrılaraq yenidən Ukraynaya köçən Pavel Paşayev bu görüşdə ikinci hissə başlayan kimi meydana daxil olub. O, Deulu əvəzləyib.