[b]Nazarov “Erzgebirge”nin düşərgəsindən ayrıldı[/b]
09.07.2017 - 16:08
[b]Nazarov “Erzgebirge”nin düşərgəsindən ayrıldı[/b]

Milli komandamızın oyunçusu Dmitri Nazarov zədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə yarımmüdafiəçinin klubu “Erzebirge”nin tvitter hesabı xəbər yayıb.

 

Bildirilib ki, oyunçu üçün təlim-məşq toplanışı başa çatıb. O, klubun fizioterapevtinin nəzarəti altında Aueyə qayıdıb. Futbolçunun sol ayağında problem olduğu və ehtyac olacağı təqdirdə əməliyyat olunacağı deyilib.

 

Qeyd edək ki, “Erzgebirge”nin dünən keçirilən Avstriya “Linz”i ilə yoldaşlıq oyununda milli üzvü iştirak etməmişdi.