[b]Milli üzvündən yubiley qolu[/b]
10.02.2017 - 11:46
[b]Milli üzvündən yubiley qolu[/b]

Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub. Apasport.az saytının məlumatına görə, XVII turun “Qarabağ” – “Zirə” (2:0) görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub.

 

Bu qola Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Belə ki, bu turadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.

 

Qeyd edək ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadı. O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.