[b]Milli üzvünün komandası sınaqdan üzüağ çıxdı[/b]
09.02.2017 - 00:45
[b]Milli üzvünün komandası sınaqdan üzüağ çıxdı[/b]

Milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Stal” növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ukrayna təmsilçisi yoxlama matçında qüvvəsini sınayıb.

 

Serbiyanın “Vojdavats” klubu ilə üz-üzə gələn milli üzvünün komandası 2:0 hesabı ilə qələbə qazanıb. 

Matça start heyətində başlayan Paşayev ilk yarıdan sonra əvəzlənib.