[b]Milli üzvünün Premyer Liqada növbəti matçı[/b]
25.02.2017 - 21:58
[b]Milli üzvünün Premyer Liqada növbəti matçı[/b]

Ukrayna Premyer Liqasında XIX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Stal” da növbəti matçına çıxıb.

 

Səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşan Kamiensk təmsilçisi görüşdən qolsuz bərabərliklə ayrılıb.

 

Milli üzvü start heyətində başladığı matçı əvəzedilmədən keçirib.

 

Qeyd edək ki, 19 oyundan sonra aktivində 15 xal olan “Stal” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.