[b]Milli üzvünün yeni klubuna keçidi rəsmiləşdi[/b]
01.07.2017 - 22:11
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın Türkiyənin "Samsunspor" klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, son mövsümü TFF 1-ci liqanın digər təmsilçisi “Manisaspor”da keçirən müdafiəçi Samsun təmsilçisi ilə müqavilə imzalayıb.
O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarında çıxış edib.
0
0