[b]Millidən 8-ci, Rəşaddan 4-cü avtoqol[/b]
02.09.2017 - 00:22
[b]Millidən 8-ci, Rəşaddan 4-cü avtoqol[/b]

Azərbaycan milli komandası tarixində 8-ci dəfə avtoqola üzülüb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Norveçlə oyununda Rəşad Sadıqov topu öz qapımıza vurub.

 

Bu, 1992-ci ildə ilk rəsmi matçına çıxan yığmamızın 25 illik tarixində 8-ci uğursuzluq olub. Bunların düz yarısı Sadıqovun hesabındadı. Belə ki, Rəşad 4-cü dəfə millimizin qapısına qol vurub. O, yığma tarixinin antirekordçusudu.

 

Digər avtoqol müəllifləri Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev və Aftandil Hacıyev hərəyə bir dəfə qapıları səhv salıb.

 

Rəşad Sadıqovun millidəki avtoqolları

29 may 2010-cu il. Yoldaşlıq görüşü. Bişofshofen. Makedoniya - Azərbaycan - 3:1

7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu Köln. Almaniya – Azərbaycan – 6:1

13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu Osiyek. Xorvatiya – Azərbaycan – 6:0

1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu Oslo. Norveç – Azərbaycan – 2:0 (davam edir)